Akademik Milli Dram Teatrı bağlandı
16 iyul 2019 11:20 (UTC +04:00)

Akademik Milli Dram Teatrı bağlandı

 

 

 

Akademik Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib. Teatrın mətbuat xidmətindən Lent.az-a  verilən məlumata görə, mərasimdə çıxış edən teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, teatrın açılış və bağlanış mərasimi ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə keçirilir:

 

“Bu tamaşa bizim teatrda 25 ildir oynanılır. Söz vermişik ki, torpaqlarımız qayıdana qədər mövsümün əvvəlində və sonunda məhz bu tamaşanı nümayiş etdirəcəyik. “Qarabağnamə”də bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir”.

 

Ötən teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün uğurlarla yadda qalıb. Müxtəlif beynəlxalq festivallarda iştirak, yeni tamaşaların premyerası teatr kollektivinin uğuru kimi qiymətləndirilməlidir. Bu mövsümdə 8 tamaşa teatrsevərlərin ixtiyarına verilib.

 

Daha sonra “Qarabağnamə” tamaşası oynanılıb.

 

Rolları əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, aktrisa Ləman İmanova, əməkdar artist Kazım Həsənquliyev, aktyor Elnar Qarayev, əməkdar artist Əli Nur, Xalq artisti Hacı İsmayılov, aktyor İlyas Əhmədov, əməkdar artistlər Elxan Quliyev, Elşən Cəbrayılov, Xalq artisti Əjdər Həmidov, aktyorlar Nigar Güləhmədova, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsibova, Cavidan Novruz ifa edib.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1295

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28