Əbülfəs Qarayev Qaxda vətəndaşları qəbul edəcək
23 iyul 2014 13:19 (UTC +04:00)

Əbülfəs Qarayev Qaxda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 25-də Qaxda vətəndaşları qəbul edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirin qəbulu Heydər Əliyev Mərkəzində saat 10:00-da baş tutacaq. Qəbulda Şəki və Mingəçevir şəhərləri, eləcə də Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

 


Qəbulda iştirak etmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və yuxarıda adları çəkilən şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamalıdırlar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar