Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola çıxır
23 iyun 2014 18:47 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola çıxır

 

 

İyunun 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi respublikamızın bölgələrinə qastrol səfərinə start verəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın Lent.az-a verdiyi məlumata görə, teatr “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan tamaşaçıların görüşünə gedəcək.

 

Yaradıcı heyət M. F. Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyunun 29-dan iyulun 8-dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.  

 

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə iyulun 8-da Xaçmaz rayon Mədəniyyət sarayında  yekun vuracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771

Oxşar yazılar