Noyabrın 26-da xalq artisti Mirzə Babayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm nazirliyindən Lent. az-a verilən məlumata görə, yubiley Heydər Əliyev sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan estrada musiqisinin banilərindən biri olan Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda dünyaya gəlib. İlk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini alıb. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində etdiyi caz orkestrində başlayıb. Azərbaycan Dövlət Konservatoriyasında müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb, əməkdar artist, xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub. 2003-ci il yanvarın 13-də 90 yaşında vəfat edib.

Mirzə Babayevin 100 illiyi keçiriləcək
Oxşar yazılar

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17
Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13