Tamara Sinyavskaya həyat yoldaşı Müslüm Maqomayevdən danışıb. Lent. az-ın məlumatına görə, o, Rusiyanın «Arqumentı i faktı» qəzetinə müsahibəsində ərinin ölümünə hələ də alışa bilmədiyini deyib: “Müslümü hər gecə yuxuda görürəm. Hər səhər mənə elə gəlir ki, o, yenə çay, qəhvə istəyəcək. Bu gün səhər oyananda eyni fikirlə oyandım. Vaxtı ilə mənim ailəm, evim və sevimli işim var idi. Amma indi mənim yalnız işim qalıb. Yalnız işimlə başımı qatıram. Tez-tez Bakıya gedirəm. Orda mənə “gəlin” deyirlər. Toyumuzda Heydər Əliyev mənə demişdi ki, Tamara, sən bütün Azərbaycanın gəlinisən. Çünki Müslim bütün Azərbaycanın oğludur. H. Əliyevin sözündən sonra hamı məni “gəlin” çağırmağa başladı”.

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film
5 may 2025 , 16:51
Hollivud batmaq üzrədir...
5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI
5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO
5 may 2025 , 12:10
"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?
5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model
4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI
3 may 2025 , 20:15