Muzey və qoruqlar 2 gün pulsuz olacaq
08 oktyabr 2014 17:37 (UTC +04:00)

Muzey və qoruqlar 2 gün pulsuz olacaq

Azərbaycanda "Avropa İrs Günlərinin" qeyd edilməsi ilə bağlı oktyabrın 11-i və 12-si ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur.

 

 

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir. 

 


 

Buraya Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət təsisatları  daxildir. 

 

Qeyd edək ki, "Avropa İrs Günləri" Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidəyə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

 

Layihənin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar