Xanverdi Turaboğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü
05 sentyabr 2021 12:42 (UTC +04:00)

Xanverdi Turaboğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yazıçı vəfat etdi

0

AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Bildirilib ki, mərhum dünən Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.

Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2756

Oxşar yazılar