Yunanıstanda tapılan sirli dairəvi abidə arxeoloqları təəccübləndirib
20 iyun 2024 07:41 (UTC +04:00)

Yunanıstanda tapılan sirli dairəvi abidə arxeoloqları təəccübləndirib

Yunanıstanın Krit adasındakı Papura təpəsində tunc dövrünə aid 4000 illik əlamətdar üzük formalı daş abidə aşkarlanıb.

Lent.az xəbər verir ki, abidə böyük hava limanı layihəsinin qazıntıları zamanı aşkar edilib.

Yunanıstan Mədəniyyət Nazirliyindən verilən açıqlamada, 1800 kvadratmetrlik bu abidənin ritual və ya dini məqsədlər üçün istifadə olunduğu ehtimal olunur.

Abidə labirint quruluşu orta hesabla 1,4 metr qalınlığında, bəzi yerlərdə isə 1,7 metr hündürlüyündə olan səkkiz daş halqadan ibarətdir.

Arxeoloqlar bu tikilinin Kritin Mino mədəniyyətinə aid ola biləcəyini bildirirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar