Ləzzətli toyuq şorbasını bir də belə HAZIRLAYIN
10 fevral 2024 15:45 (UTC +04:00)

Ləzzətli toyuq şorbasını bir də belə HAZIRLAYIN

Toyuq əriştə şorbası necə bişirilir: ən dadlı və ən sağlam

Toyuq supu, bildiyiniz kimi, soyuqdəymə və digər xəstəliklər üçün tövsiyə olunur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əsas məsələ toyuq supunu düzgün qaydada bişirməkdir. 

Hazırlamaq üçün sizə lazım olacaq:

bitki yağı - 2 yemək qaşığı. 
soğan - 1 ədəd;
kərəviz - 3 dəstə;
yerkökü - 2 ədəd;
sarımsaq - 6 diş;
dəfnə yarpağı - 2 ədəd;
sarıkök - 1/2 çay qaşığı;
toyuq;
təzə cəfəri.

Bişirilmə qaydası

1. Soğanı soyun, doğrayın və orta dərəcədə 3 dəqiqə qızardın.

2. Kərəvizi, yerkökünü doğrayın və soğanla birlikdə 5 dəqiqə qızardın.

3. Sonra doğranmış sarımsaq, 30 saniyədən sonra dəfnə yarpağı və sarıkök əlavə edin.

4. Toyuq ətini qaynadın və bulyonu əlavə edin.

5. Toyuq ətini parçalara ayırın, şorbaya əlavə edin.

6. 15 dəqiqə qaynadın.

7. Ocağı söndürün, duz və istiot əlavə edin.

Nuş olsun!

# 13239
avatar

Arzu Qurbanlı

Oxşar yazılar