Pambıq kimi   yumşaq sadə AÇMA resepti -  Lent.az-ın Mətbəxində
06 avqust 2022 18:37 (UTC +04:00)

Pambıq kimi yumşaq sadə AÇMA resepti - Lent.az-ın Mətbəxində

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən pambıq kimi yumşaq açma reseptini sizinlə bölüşürük.  

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

1 stəkan ilıq su

1 yemək qaşığı şəkər tozu

1 yemək qaşığı maya

1 stəkan ilıq süd və ya 1 stəkan otaq hərarətində qatıq

1 çay qaşığı duz

2 ədəd yumurtanın ağı (sarıları üzərinə)

1/2 stəkan duru yağ

6 stəkan un

Xəmiri yağlamaq üçün

100 qram yumşaq kərə yağı

Üzəri üçün

2 ədəd yumurtanın sarısı

1 çay qaşığı süd və ya su

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun!

# 2802
avatar

Sevinc Fərid

Oxşar yazılar