İlham Əliyev Həzi Aslanovun məzarını ziyarət edib -FOTO
09 may 2022 09:23 (UTC +04:00)

İlham Əliyev Həzi Aslanovun məzarını ziyarət edib -FOTO

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

Lent.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6540
avatar

Oxşar yazılar

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

15 iyun 2024 , 10:58
İlham Əliyevdən BAYRAM TƏBRİKİ

İlham Əliyevdən BAYRAM TƏBRİKİ

14 iyun 2024 , 13:57
İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

8 iyun 2024 , 12:56
Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

7 iyun 2024 , 19:36
Azərbaycanın bu ölkəyə yeni səfiri  təyin edildi

Azərbaycanın bu ölkəyə yeni səfiri təyin edildi

6 iyun 2024 , 16:13
Bu rayonun icra başçısı işdən çıxarıldı

Bu rayonun icra başçısı işdən çıxarıldı

6 iyun 2024 , 13:07
DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

6 iyun 2024 , 10:34
Prezident ona "Şöhrət" ordeni  verdi

Prezident ona "Şöhrət" ordeni verdi

5 iyun 2024 , 16:06