Döş xərçənginə səbəb olan məhsullar –  SİYAHI
30 iyun 2021 05:16 (UTC +04:00)

Döş xərçənginə səbəb olan məhsullar – SİYAHI

İltihabı gücləndirən və döş xərçəngi ehtimalını 12 faiz artıran qidalar açıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatı İspaniyadakı Kataloniya Onkologiya İnstitutunun mütəxəssisləri aparıb.

Təcrübədə 318 mindən çox qadın iştirak edib. Alimlər 14 il ərzində onların qidalanma rasionunu müşahidə ediblər.

Nəticədə döş onkoloji xəstəliklərinin inkişaf ehtimalını artıran məhsulların siyahısı tərtib edilib. Həmin məhsullar bunlardır: şəkər, xüsusilə yüksək fruktozalı qarğıdalı şərbəti, zərif karbohidratlar, qızardılmış qidalar, emal edilmiş ətlər və doymuş yağlar.

Məlum olub ki, emal edilmiş ətin marqarinlə güclü təmizlənmiş çörəklə tez-tez istifadəsi, həmçinin şirin qazlı suların istifadəsi iltihabi reaksiyanın kəskin artmasına səbəb ola bilər. 

Bu cür proseslər döş xərçəngi inkişaf riskini artırır, həmçinin otoimmün xəstəliklər, ürək-damar problemləri, piylənmə, diabet və digər onkologiya növlərinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar