Yanlış ərzaqların birləşməsi həzm sisteminin pozulmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, bəzi məhsulları yumurta ilə birləşdirmək olmaz. Mütəxəssislər həzm problemlərinin qarşısını almaqdan ötrü belə məhsulların siyahısını tərtib edərək, bu cür birləşmələrdən qaçmağı tövsiyə edirlər.
Böyük Britaniyadan olan ekspertlər açıqlayıb ki, burada ciddi xəstəliklərdən söhbət getmir, amma ərzaqların düzgün birləşməməsi həzm sisteminin pozulmasına səbəb ola bilər. Yumurta ən populyar və əlverişli məhsullardan biri olmasına baxmayaraq, hər zaman digər ərzaqlarla yaxşı birləşmir.
Böyük səhvlərdən biri yumurtanı meyvələrlə birləşdirməkdir. Onları birlikdə yedikdən sonra bağırsaq problemləri yaranması mümkündür, çünki yumurta meyvələrdən daha uzun müddətə həzm olunur. Bu, mədədə narahatlıq yarada və həzmin normal fəaliyyətinə mane ola bilər.
Həmçinin, yumurtanı digər zülal məhsulları ilə, məsələn, ət və ya balıqla birləşdirməkdən qaçmaq lazımdır. Çünki bu, mədədə ağırlıq hissi yaratmağa və qidanın həzm olunmasını yavaşlatmağa səbəb ola bilər. Bundan başqa, yumurtanı düyü ilə birləşdirmək də tövsiyə edilmir. Çünki bu birləşmə həzmə mənfi təsir göstərə bilər, şişkinlik və ya ağırlıq hissi yarada bilər.
Bir çox insanın alışdığı yumurtanın kartofla birləşdirilməsi də ideal deyil. Yumurtalarla kartof pis həzm olunur, bu da mədədə narahatlıq yaradır.
Yumurtaları yağlarla, xüsusən də zeytun yağı ilə, həmçinin yağlı balıq və ya avokado ilə birləşdirmək tövsiyə edilmir. Bu məhsullar çox yağlıdır və qidanın həzm olunmasını çətinləşdirə bilər. Həmçinin qaraciyər və həzm sisteminə mənfi təsir göstərir.
Çətin birləşmələr yaratmaq əvəzinə, mütəxəssislər yumurtaların yüngül tərəvəzlər, göyərtilər yaxud taxıllarla birləşdirildiyi daha sadə və harmonik reseptlərə riayət etməyi tövsiyə edirlər. Çünki bunlar həzm sistemini yormur.