8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21 aprel 2024 11:02 (UTC +04:00)

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. 

Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkəndə heyrətə gəliblər. MRT müayinələrində uşağın beynində “böyük və yad kütlə” aşkar edilib.

Əvvəlcə onun beynində şiş olduğu düşünülsə də, müayinələrdən sonra tamam fərqli bir vəziyyət ortaya çıxıb. Həkimlər əməliyyat zamanı uşağın beyin skanında gördükləri kütlənin təxminən bir metr uzunluğunda tük olduğunu aşkar ediblər.

Qırğızıstan Səhiyyə Nazirliyi ölkədə maraq doğuran əməliyyatla bağlı açıqlama verib:

"Saçların mədəciyin dibində kökü var idi və ola bilər ki, bu, doğuşdan əvvəl inkişafda anormallıq olub. Saçların daha da uzanması xəstənin sağlamlığı üçün təhlükəli ola bilərdi”. 

Həkimlər uşağın beynindəki tüklərin ana bətnində anormal şəkildə formalaşdığını bildiriblər.

# 2418
avatar

Oxşar yazılar

Qaynadılmış yumurtanı  axşam yeməyin   FAYDALARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

6 may 2024 , 19:58
Səhər bu qidanı  yeməyin, yoxsa...

Səhər bu qidanı yeməyin, yoxsa...

6 may 2024 , 18:52
Yalnızlıq  ölüm riskini   artırır

Yalnızlıq ölüm riskini artırır

6 may 2024 , 18:30
Bu qidaları hər gün  yemək olmaz

Bu qidaları hər gün yemək olmaz

6 may 2024 , 17:57
Nadir  göz xərçənginin   müalicəsinin YENİ ÜSULU

Nadir göz xərçənginin müalicəsinin YENİ ÜSULU

6 may 2024 , 17:46
Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

6 may 2024 , 15:34
 İnci arpasını   kimlər yeməməlidir?

İnci arpasını kimlər yeməməlidir?

6 may 2024 , 14:06
Tez-tez şirniyyat istəyənlərin  DİQQƏTİNƏ – Həkim danışdı

Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ – Həkim danışdı

6 may 2024 , 13:22