Bu meyvə min dərdin  dərmanıdır
09 aprel 2024 14:00 (UTC +04:00)

Bu meyvə min dərdin dərmanıdır

Tropik meyvə olan durian özünəməxsus dadı və çox pis qoxusu ilə tanınır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, həddən artıq pis qoxusuna görə onu hava limanlarına aparmağa, təyyarə ilə daşımağa icazə yoxdur. Vətəni Cənub-Şərqi Asiya olan durian meyvəsi ölkəmizdə çox istehlak edilmir. Ancaq durian meyvəsinin faydalarını öyrənənlər onu marketlərdə və tərəvəz köşklərində axtarmağa başlayırlar.

Bu meyvə Cənub-Şərqi Asiyada - Malayziya, İndoneziya, Tayland və Filippin də  yetişir. Şirin, duzlu və bir az acı qarışığı kimi təsvir edilən unikal dada malikdir. Təbii yuxu həbi hesab edilən durian meyvəsi triptofan adlı bir amin turşusu ilə zəngindir. Bu turşu melatonin və serotoninin ifrazını dəstəkləyir. Durian uzun müddət yuxusuzluqdan əziyyət çəkən insanlar üçün can dərmanıdır.

Güclü antioksidantdır. Orqanizmin gündə 1 ay ehtiyac duyduğu dəmir və qırmızı qan hüceyrələrinin istehsalını dəstəkləməyə kömək edir. Durian meyvəsi sümük və əzələ quruluşunu gücləndirir, sinirləri sakitləşdirdiyi üçün epilepsiya xəstələri üçün faydalıdır. Bir porsiya durian meyvəsi orqanizmin ehtiyac duyduğu fol turşusunun 20 faizini qarşılaya bilir.
 
Onun qabığı qaynadılaraq yaraları təmizləmək üçün istifadə olunur.Antioksidantdır.  Hazırda kosmetik məhsullara əlavə olunur. Hüceyrə yenilənməsini təmin etdiyi üçün dərinin parlaqlığını artırır, gənclik və gözəllik bəxş edir. B vitamin kompleks qrupları (vitamin B5, vitamin B6, vitamin B1) ilə zəngindir.

Tərkibi mis və kaliumla zəngindir, qan hüceyrələrinin istehsalı üçün əvəzsiz nemətdir.

# 45585
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar