Evdə təzyiqi hansı aralıqla ölçülmək  lazımdır? - CAVAB
08 dekabr 2025 17:33 (UTC +04:00)

Evdə təzyiqi hansı aralıqla ölçülmək lazımdır? - CAVAB

0

Ev şəraitində arterial təzyiqin ölçülməsi sağlamlıq problemlərini vaxtında müəyyən etmək və müalicənin nə dərəcədə effektiv olduğunu qiymətləndirmək üçün mühüm vasitədir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər artıq təzyiqin hansı aralıqla ölçülməli olduğunu açıqlayıblar.

Kimlər və nə qədər ölçməlidir?

Artıq yüksək təzyiqi olan şəxslərə həftədə iki-üç dəfə evdə tonometrdən istifadə etmək tövsiyə edilir. Göstəriciləri qeyd etmək və lazım gələrsə həkimə təqdim etmək məsləhətdir. Əgər rəqəmlər 130/80 səviyyəsindən yuxarı qalxırsa, bu barədə mütəxəssisə məlumat vermək vacibdir.

Həkimlərin fikrincə, gənclərin belə evdə tonometrə sahib olması faydalıdır. Onlar adətən həkimə tez-tez müraciət etmirlər və erkən diaqnostika vəziyyətə daha tez nəzarət etməyə imkan verir.

Əksər insanlar üçün gündəlik ölçmələrə ehtiyac yoxdur, amma müəyyən xroniki xəstəliklər zamanı həkim daha sıx monitorinq tövsiyə edə bilər.

Hansını seçmək daha düzgündür?

Ev istifadəçiləri üçün avtomatik və yarı avtomatik tonometrlər daha rahatdır və kifayət qədər dəqiqlik təmin edir. Çiyin manjetli modellər ən etibarlı nəticə verir. Bilək tipli cihazlar kompakt olsa da, xüsusilə orta və yaşlı insanlarda göstəricilər daha qeyri-stabil ola bilir.

Evdə təzyiqi düzgün necə ölçmək olar?

Ölçməzdən əvvəl bir neçə dəqiqə sakit oturmaq lazımdır.  Ən azı yarım saat əvvəl siqaret çəkməmək, qəhvə içməmək və fiziki fəaliyyət göstərməmək tövsiyə olunur. Ölçmədən əvvəl tualetə getmək də vacibdir, çünki dolu sidik kisəsi təzyiqi artıra bilir.

Əgər təzyiq göstəriciləri nə vaxtsa 180/120 səviyyəsinə çatarsa, təcili yardım çağırmaq lazımdır. Belə yüksək rəqəmlər sinə ağrısı, nəfəsdə çətinlik kimi əlamətlərlə müşayiət oluna və insult və ya infarkt riski yarada bilər.

Ölçmə zamanı hərəkətsiz oturmaq, danışmamaq və cihaz tam dayanana qədər gözləmək dəqiq nəticə əldə etməyə kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar