Gündəlik fəaliyyətin xərçəng xəstəliyində  rolu
31 mart 2023 13:42 (UTC +04:00)

Gündəlik fəaliyyətin xərçəng xəstəliyində rolu

Hər bir xəstənin sirkadiyalı ritmləri (bədənimiz 24 saat ərzində müxtəlif proseslərə məruz qalır, bu dəyişikliklər sirkadiyalı dövr və ya ritm adlanır) təkcə yuxu rejiminə deyil, həm də xərçəngin inkişaf riskinə, onun diaqnozuna və sağalma ehtimalına təsir edə bilər.

Lent.az “Trends in Cell Biology” xəbər verir ki, sirkadiyalı ritmin xərçəngin inkişafı ilə əlaqəli olan hüceyrə funksiyalarının əksəriyyətini (gen ifadəsi, immun funksiyası və hüceyrə təmiri) idarə edir.  

Xroniki olaraq pozulmuş sirkadiyalı ritmlər - məsələn, zəif yuxu rejimi, reaktiv gecikmə və ya növbəli iş səbəbindən - xərçəng də daxil olmaqla sağlamlıq problemlərinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, sirkadiyalı ritmlər təkcə bədxassəli şişlərin əmələ gəlməsində iştirak etmir, həm də onun gedişatına və metastaz riskinə təsir göstərir.


 

# 1509
avatar

Oxşar yazılar