Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...
06 sentyabr 2024 09:48 (UTC +04:00)

Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Alimlər hansı almaların daha sağlam olduğunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bir meyvənin tərkibində insan orqanizmi üçün lazım olan 30-a qədər vitamin və 150 mikroelement ola bilər.

1. Müntəzəm olaraq alma istehlakı bağırsaqların fəaliyyətini normallaşdırır və maddələr mübadiləsini sürətləndirir.

2. Pis xolesterinlə mübarizə aparmağa kömək edir.

3. Alma pəhrizi sağlam arıqlamağa kömək edir.

4. Alma onkoloji və şəkərli diabet kimi xroniki və müalicəsi çətin olan xəstəliklərin inkişaf riskini azaldır.

Bəs, hansı almalar daha sağlamdır?

Qırmızı almanın sağlamlıq üçün daha faydalı olduğuna inanılır.

Onların tərkibində ürək-damar, bağırsaq və dəri sağlamlığı üçün faydalı olan yaşıl meyvələrdən daha çox antosiyanin var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Arzu Qurbanlı

Oxşar yazılar