Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ
29 may 2023 10:45 (UTC +04:00)

Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ

Alimlər sübut ediblər ki, portağal suyu içmək işemik insult riskini kişilərdə 22 faiz, qadınlarda isə 19 faiz azaldır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri dietoloq Lauren Manaker deyib.

Bundan əlavə, portağal suyu içmək böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. "American Society of Nefrology Clinical Journal"da dərc edilən araşdırma bunu təsdiqləyib.

Təbii portağal suyu orqanizmdə iltihabı azaldır. Tədqiqat, 12 həftə ərzində 500 ml portağal suyu qəbul edən ürək-damar riski yüksək olan obez olmayan yeniyetmələrdə daha az iltihab olduğunu müəyyən edib.

Bəzi araşdırmalar göstərib ki, müntəzəm olaraq portağal suyu içən insanların piylənmə ehtimalı daha azdır. "Əsas odur ki, içkiyə şəkər qatmayın", həkimlər deyir.

Tədqiqatlara əsasən, üç həftə ərzində bir stəkan konsentratsız portağal suyu istehlak edən insanlarda "pis" xolesterin azalıb.

# 1701
avatar

Fidan İlqar

Oxşar yazılar