Hər gün şokolad yesək nə olar? - Təzyiqə təsiri
25 avqust 2025 14:28 (UTC +04:00)

Hər gün şokolad yesək nə olar? - Təzyiqə təsiri

Qara şokoladın faydalı xüsusiyyətləri çoxdan məlumdur. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu məhsulun gündəlik istifadəsi həm müsbət, həm də mənfi təsirlərə malik ola bilər.

Lent.az bu barədə xarici mediada istinadən xəbər verir.

Qara şokolad təzyiqi azalda bilərmi?

Kardioloq, tibb elmləri doktoru Elizabet Klodas və diyetoloq Miçel Rutenşteyn bildirirlər ki, qara şokoladın tərkibindəki flavonoidlər qan damarlarının genişlənməsinə kömək edir. Bu, qan dövranını yaxşılaşdırır və təzyiqi azaldır.

Araşdırmalar göstərib ki, flavonoidlərlə zəngin qidalanma həm sistolik, həm də diastolik qan təzyiqinin bir qədər enməsinə səbəb ola bilər. Məsələn, 2020-ci ildə aparılan kiçik bir tədqiqat 85%-lik qara şokoladın stres zamanı qadınlarda təzyiqin kəskin qalxmasının qarşısını aldığını ortaya qoyub. Daha böyük miqyaslı son araşdırmalar isə qara şokoladın hipertoniya riskini azaltmaqla bağlı səbəb-nəticə əlaqəsini təsdiqləyib.

Risklər və yan təsirlər

Həkimlərin sözlərinə görə, hətta keyfiyyətli qara şokolad belə kalori, yağ və şəkər ehtiva edir, buna görə də həddindən artıq yemək təhlükəlidir. Bundan başqa, kofein və teobrominə həssas insanlar üçün ürəkdöyünmə və yuxu pozuntusu riski var.  astroezofageal refluksu olan şəxslərdə simptomlar ağırlaşa bilər. Bəzi növlərdə ağır metallar (məsələn, qurğuşun, kadmium) ola bilər. Buna görə də yalnız müstəqil laboratoriya testlərindən keçmiş etibarlı markalar seçilməlidir.

Necə düzgün istifadə etmək olar?

Mütəxəssislər bildirirlər ki, qara şokoladın ürəyə faydasını maksimum etmək üçün 70% və yuxarı kakao tərkibli növlərə üstünlük verin, gündə təxminən 28 qram kiçik porsiya kifayətdir, əsas fayda flavonoidlərin müntəzəm və davamlı istifadəsi ilə əldə olunur.

Sağlam təzyiq üçün əlavə 6 məsləhət

1. Düzgün qidalanın – kalium, maqnezium və kalsiumla zəngin qidalar yeyin, natrium qəbulunu azaldın.

2. Bağırsaq sağlamlığını qoruyun – daha çox lif və fermentləşdirilmiş qidalar qəbul edin.

3. Müntəzəm idmanla məşğul olun – ürək döyüntüsünü və təzyiqi normallaşdırır.

4. Stimulantlardan uzaq durun – alkoqol və kofeini məhdudlaşdırın, siqareti tərgidin.

5. Yaxşı yatın – yuxu çatışmazlığı təzyiqi qaldıra bilər.

6. Qara şokoladdan istifadə edin – həkim məsləhəti ilə az miqdarda, yüksək kakao tərkibli qara şokoladı rasionunuza əlavə edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar