Kardioloq Mark Katz hipertoniyanın qarşısını almaq üçün üç sağlam vərdişi açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, pis vərdişlərdən qurtulmaq və düzgün şəkildə qidalanmaq təhlükəli xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün kifayətdir.
Onun sözlərinə görə, xolesterinin səviyyəsinə nəzarət etmək vacibdir və bunun üçün düzgün qidalanmaq lazımdır:
“Qırmızı və işlənmiş ətlərin, həmçinin xolesterol səviyyəsini yüksəldən digər qidaların həddindən artıq istehlakından çəkinməyə çalışın. Tədqiqatlar göstərir ki, bu komponent qan damarlarında və arteriyalarda toplanır. Bu da qan təzyiqinin səviyyəsinə birbaşa təsir göstərir.
Ağ quş əti və dəniz məhsullarına üstünlük verin. Hər gün göyərti, tərəvəz və meyvə yeyin. Gündə ən azı 15 dəqiqə məşq edin. İdman zalına getmək istəmirsinizsə, səhər məşqləri edin. Bu sadə tədbir təhlükəli xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldacaq.
Siqaret çəkmək nəinki hipertoniyaya, həm də daxili orqanların zədələnməsinə səbəb ola bilər. Üstəlik, siqaret çəkmək də ürək sağlamlığı üçün risk faktoru hesab edilməlidir”.