İsti havada idmanın təhlükəli NƏTİCƏLƏRİ
01 iyul 2023 09:09 (UTC +04:00)

İsti havada idmanın təhlükəli NƏTİCƏLƏRİ

İsti havada məşq etməyin ürək və qan damarlarında problemlər yarada biləcəyi açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mütəxəssis Elena Tixomirova bildirib.

O, yüksək temperaturda idmanın təhlükəli nəticələri barədə danışıb.

Tixomirovanın sözlərinə görə, isti havada intensiv fiziki fəaliyyət ürək-damar sisteminin yükünü əhəmiyyətli dərəcədə artırır və susuzluğa səbəb olur. Bu da öz növbəsində başgicəllənmə, ürəkbulanma, qıcolma, baş ağrıları və bir sıra digər xoşagəlməz simptomlar yaradır. 

Sağlamlıq üçün xoşagəlməz nəticələrin qarşısını almaq məqsədi ilə həkim istidə açıq havada məşq etməməyi və kondisionerli idman zalında dərslərə üstünlük verməyi məsləhət görüb. Bu mümkün deyilsə, səhər və ya axşam, çöldə daha sərin zamanlarda fiziki fəaliyyəti planlaşdırmağı tövsiyə edib. 

Eyni zamanda, bədənin həddindən artıq qızması riskini azaltmaq üçün yüngül nəfəs alan materiallardan hazırlanmış forma geyinmək vacibdir:

"Ümumiyyətlə, istidə fiziki fəaliyyətin intensivliyini azaltmaq daha yaxşıdır. Bir insanın xüsusən də, ürək-damar problemləri varsa, həkimə müraciət edənə qədər bu cür fəaliyyətlər tamamilə istisna edilməlidir".

# 1338
avatar

Fidan İlqar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15