Koronavirusdan daha neçə nəfər öldü? -  SON STATİSTİKA
06 dekabr 2022 17:04 (UTC +04:00)

Koronavirusdan daha neçə nəfər öldü? - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 292 nəfərdir.

Ölkədə son sutka ərzində 2 662, hazırkı dövrədək isə 7 385 915 test aparılıb.

# 1737
avatar

Oxşar yazılar