Narahatlığa səbəb olan üç qidanın adı açıqlandı
04 dekabr 2023 10:07 (UTC +04:00)

Narahatlığa səbəb olan üç qidanın adı açıqlandı

Bəzi qidalar psixikanı həyəcanlandırır və narahatlıq səviyyəsini artırır.

Lent.az “The Sun"a istinadən xəbər verir ki, bunlara misal olaraq diyetoloqlar əsasən 3 qidanın adını çəkib. 

Siyahıda birinci yerdə qəhvə var. Mütəxəssislər bildirir ki, bu içki sizə enerji verə bilər. Ancaq həm də o narahatlığı da artırır. Çünki tərkibindəki kofein stimullaşdırıcıdır. Həmçinin, qəhvə yuxu rejimini poza və depressiyaya səbəb ola bilər.

Diyetoloqlar "qara siyahı"ya “fast food” da daxil ediblər - çips, hamburger, tortlar. Onlar bədəndə iltihaba səbəb olur və həmçinin əhval-ruhiyyəyə təsir edərək depressiya inkişaf riskini artırır.

Sonuncu isə spirtli içkilərdir. Mütəxəssislərin fikrincə, o, müvəqqəti olaraq insanları rahatladır. Ancaq müntəzəm olaraq istehlak edilərsə, psixi sağlamlıq üçün vacib olan beyin kimyəvi maddələrinin fəaliyyətini poza bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3642
avatar

Sevinc Fərid

Oxşar yazılar