Niyə insanların çoxu siqareti tərgidə  bilmir?
29 may 2026 13:40 (UTC +04:00)

Niyə insanların çoxu siqareti tərgidə bilmir?

0

Narkoloqlar siqareti müstəqil şəkildə tərgitməyin niyə yalnız az sayda insana (təxminən 5 faizə) nəsib olduğunu izah edib.

Lent.az xəbər verir ki, narkoloqların görə, insan siqareti tərgitməkdə çətinlik çəkirsə, həkimə müraciəti gecikdirməməlidir. Müalicəyə narkoloq konsultasiyası ilə başlamaq mümkündür və dövlət tibb müəssisələrində bu xidmətlər pulsuz göstərilir.

İlkin qəbul zamanı pasiyent müayinədən keçirilir. Buraya xəstə ilə söhbət və Fagerström testi vasitəsilə nikotin asılılığının səviyyəsinin müəyyən edilməsi daxildir.

Ekspertlər bildirib ki, müalicədə nikotin əvəzedici preparatlar, koqnitiv-davranış terapiyası metodları və motivasiyaedici məsləhətləndirmədən istifadə olunur. Tam müalicə kursu altı aydan bir ilə qədər davam edə bilər.

Mümkün geriləmələr və ya yenidən siqaretə qayıtmaq cəhdləri siqareti tərgitmə prosesinin bir hissəsi hesab olunur və bu, müalicənin dayandırılması üçün səbəb olmamalıdır. Əsas məsələ həkimlə işi davam etdirmək və seçilmiş müalicə strategiyasına sadiq qalmaqdır.

Qeyd olunur ki, xəbər xarakterli məlumatlar həkim təyinatı kimi qəbul edilməməlidir. Hər hansı qərar verməzdən əvvəl mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar