Oturaq həyat tərzi   keçirənlər necə qidalanmalıdır?
14 mart 2022 21:58 (UTC +04:00)

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır?

Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. 

Hərəkətsiz həyat tərzi və fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Fiziki cəhətdən fəal həyat tərzi sürməyənlər qida rasionuna xüsusilə diqqət yetirməlidirlər. Qidalanmanın balanslı təşkili çox vacibdir.

Lent.az Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.

Oturaq həyat tərzi keçirən, xüsusilə ofis şəraitində işləyən insanların qida rasionunda meyvə və tərəvəzlər olduqca vacibdir. Bu qidalar həm yüksək miqdarda vitamin və mineral ehtiva edir, həm də az kalorilidir. Həmçinin əksər meyvə və tərəvəzlər toxluq hissi verən liflərlə zəngindir. 

Yetkin bir şəxsin gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz istehlakı tövsiyə edilir. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, hinduşka əti, dəniz məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür. Qril və buğlama ət məhsullarını bişirməyin ən sağlam üsuludur. 

Qida rasionuna həzmi yaxşılaşdıran yağsız və ya az yağlı qatıq, eləcə də digər süd məhsulları əlavə etmək də lazımi vitamin və mineralları almaq üçün düzgün seçimdir.

Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kq çəkiyə malik yetkinlər üçün gündə 2 l, 10 kq çəkiyə malik uşaqlar üçün isə 1 l su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər.

Gündəlik ümumi enerji tələbatı oturaq həyat tərzi sürən qadınlar üçün 2100 kkal, kişilər üçün isə 2500 kkal-dır. 

# 2298
avatar

Sevinc Fərid

Oxşar yazılar

Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30
yumurta

Hər gün yumurta yemək orqanizmə necə təsir edir?

17 may 2024 , 09:35
Arzuları  yerinə yetirən  sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

16 may 2024 , 19:49