Qara çay sizi bir çox xəstəlikdən QORUYUR
29 may 2023 12:10 (UTC +04:00)

Qara çay sizi bir çox xəstəlikdən QORUYUR

Çay dünyanın ən məşhur içkilərindən biridir, lakin onun orqanizmə necə təsir etdiyini hamı bilmir. Qara çay bədənin bir çox funksiyalarına müsbət təsir göstərir və hətta bir sıra xəstəliklərin qarşısının alınmasına köməklik edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, qara çay beyin üçün faydalıdır. Müntəzəm istehlak edildikdə beyin funksiyasının yaşa bağlı pisləşməsinə qarşı qoruyucu təsir göstərir.

Tədqiqatlar çay içən insanların çay içməyənlərə nisbətən daha yaxşı zəkalı funksiyalara sahib olduğunu da təsdiqləyib. Bir çox insan çayı stimullaşdırıcı təsirinə görə sevir. Tərkibindəki kofein sayəsində insanların oyanmasına kömək edir. Həmçinin, çay gün ərzində mükəmməl gümrahlıq verir.

Çay iştahı azaltmağa kömək edir. Həkim Mike Golpa deyir ki, gündə bir-iki fincan qara çay ağız yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Tafts Universitetinin antioksidant tədqiqatçısı Diane MkKaya görə, əgər siz artıq streptokok xəstəliyindən əziyyət çəkirsinizsə, qara çay boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Qara çay, yaşıl çay soyuqdəymə və virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edən antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Gündəlik qara çay içmək diabet xəstələrinin vəziyyətini idarə etməyə kömək edir. Alimlər də qara çayın diş çürüməsi ilə mübarizə apardığını qəbul edirlər. Bundan əlavə, çayın tərkibində diş minasını təbii şəkildə gücləndirməyə kömək edən tannik turşuları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Fidan İlqar

Oxşar yazılar