Qara tualet kağızı   virusa   çevrildi - Onun nəyi pisdir?
15 iyun 2026 14:23 (UTC +04:00)

Qara tualet kağızı virusa çevrildi - Onun nəyi pisdir?

0

Son dövrlərdə qara tualet kağızı vanna otağının interyerini tamamlayan dəbli məhsul kimi populyarlıq qazanıb. Bəziləri qara rəngli kağızların infeksiyaya səbəb olduğunu söyləyirlər. Lakin həkimlər bildirirlər ki, məhsulun qara rəngdə olması özlüyündə təhlükəli deyil. Əsas məsələ onun hazırlanmasında istifadə olunan xammalın keyfiyyəti, boyaq maddələrinin tərkibi və əlavə olunan ətirləndiricilərdir.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tərkibində ətirləndiricilər olan, həddindən artıq tozlu, kobud teksturalı və aşağı keyfiyyətli boyaq maddələri ilə hazırlanan tualet kağızları qaşınma, qızartı, yanma hissi və digər narahatlıqlara səbəb ola bilər.

Həkimlər həssas dərisi olan şəxslərə, atopik dermatitdən əziyyət çəkənlərə, babasil və anal çat problemi yaşayanlara, həmçinin allergik reaksiyalara meylli insanlara tualet kağızı seçərkən daha diqqətli olmağı tövsiyə edirlər. Valideynlərə də azyaşlı uşaqlar üçün bu cür məhsulları seçərkən ehtiyatlı olmaq məsləhət görülür. Çünki uşaqların dərisi müxtəlif əlavələrə qarşı daha həssas olur.

Mütəxəssislər belə hallarda yumşaq quruluşa malik, qoxusuz və əlavə maddələrsiz tualet kağızlarına üstünlük verməyi məsləhət görürlər.

Onlar ağ tualet kağızının daha bir üstünlüyünü də qeyd edirlər. Belə ki, ağ rəngli kağız üzərində qan, selik və ya sağlamlıq problemlərindən xəbər verə biləcək digər dəyişiklikləri müşahidə etmək daha asandır. Tünd rəngli kağızlar isə bu cür əlamətləri gizlədə bilər və nəticədə insan bəzi xəstəliklərin ilkin əlamətlərini vaxtında fərq etməyə bilər.

Mütəxəssislər tualet kağızı alarkən qablaşdırmanın görünüşünə deyil, məhsulun xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, təhlükəsiz məhsul ətirləndiricilərdən azad olmalı, yumşaq teksturaya malik olmalı, həddindən artıq kobud olmamalı və tərkibi barədə aydın məlumat təqdim edilməlidir.

Həkimlər bildirirlər ki, qara tualet kağızından istifadə etdikdən sonra qaşınma, yanma, səpkilər, ağrı və ya qızartı yaranarsa, həmin məhsulun istifadəsi dayandırılmalıdır. Əgər qanaxma, uzunmüddətli qıcıqlanma və ya simptomların güclənməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar