Qarabaşaq  günün hansı vaxtında daha faydalıdır?
06 aprel 2024 10:52 (UTC +04:00)

Qarabaşaq günün hansı vaxtında daha faydalıdır?

Qarabaşağın faydalı olması üçün onu günün müəyyən vaxtında istehlak etmək lazımdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qarabaşaq üçün ən yaxşı vaxt səhərdir. Bu qida orqanizmə yüksək enerji verir. Həmçinin məşqdən əvvəl qarabaşaq sıyığı istehlak etmək tövsiyə olunur.

Naharda yeyilən qarabaşaq faydalı olacaq, ancaq axşam yeməyində yeməməlisiniz.

Fakt budur ki, qarabaşaq yarması kifayət qədər yüksək kalorili bir məhsuldur. Arıqlamaq istəyənlərin axşam saatlarında bu sıyığı yeməməsi daha yaxşıdır.

# 2187
avatar

Arzu Qurbanlı

Oxşar yazılar