Qarışqalar epidemiyaların  qarşısını ala bilər - bunu necə edirlər?
27 oktyabr 2025 11:43 (UTC +04:00)

Qarışqalar epidemiyaların qarşısını ala bilər - bunu necə edirlər?

0

Qarışqalar xəstəlik təhlükəsi zamanı öz yuvalarını yenidən qururlar. Araşdırmalara əsasən qarışqalar mikrob və ya patogenlə qarşılaşdıqda yuvalarının quruluşunu dəyişirlər. Bu, yuvanın daxilində xəstəliyin yayılma riskini azaldır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müşahidələr göstərib ki, xəstəliyə məruz qalan qarışqalar girişləri daha geniş, kameralar arasında birbaşa keçidləri daha az, daxili zonaları isə daha sərt şəkildə ayrılmış formada yuvalar qururlar. Bu quruluş mümkün yoluxmuş fərdlərin təcridini asanlaşdırır və infeksiyanın yayılma ehtimalını azaldır.

Araşdırma doktor Lyuk Lekinin rəhbərliyi ilə aparılıb. İki qrupdan ibarət (hər biri 180 muravydan) koloniya torpaqla dolu konteynerlərə yerləşdirilib. Bir gündən sonra hər qrupa əlavə 20 qarışqa qatılıb və qruplardan biri göbələk sporlarına məruz qoyulub. Daha sonra 6 gün müşahidə aparılıb.

Üç ölçülü skan texnologiyası vasitəsilə alimlər tikinti prosesini izləyib və yuvaların 3D modellərini hazırlayıblar. Daha sonra müxtəlif tipli yuvalarda xəstəliyin yayılması simulyasiya olunub. Nəticələr göstərib ki, dəyişdirilmiş yuvalar, hətta yüksək konsentrasiyada yoluxucu agentlər olduqda belə, infeksiya riskini azaldır.

Qarışqalar, həmçinin davranış strategiyalarından da istifadə edirlər. Göbələkləri təmizləyirlər, bir-birlərini xüsusi zəhərlə dezinfeksiya edirlər, xəstə fərdlər isə tez-tez özlərini koloniyadan təcrid edirlər. Memarlıq dəyişiklikləri ilə birlikdə bu, koloniyanın özünəməxsus “sosial immunitetini” formalaşdırır.

Alimlər hesab edirlər ki, araşdırmanın nəticələri insanlar üçün də faydalı ola bilər. Muravy yuvaları kimi şəhərlər də mürəkkəb məkan sistemləridir və burada resurs dövriyyəsinin açıqlığı ilə xəstəliklərin yayılmasına nəzarət arasında balansın qorunması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar