Quduzluq xəstəliyin əlamətləri nələrdir? - CAVAB
02 iyun 2023 12:24 (UTC +04:00)

Quduzluq xəstəliyin əlamətləri nələrdir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu quduzluq xəstəliyi ilə bağlıdır.

Quduzluq mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ilə səciyyələnən virus mənşəli ağır infeksion zoonoz xəstəlikdir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəliyin törədicisi miksoviruslar qrupunun “Rhabdoviridae” ailəsinin Lissavirus cinsinə aid olan RNT tərkibli neyrotrop virusdur (Rabies virus).

Xəstəlik insana quduz heyvanların dişləməsi, cırmaqlaması və ya heyvanların ağız suyu ilə zədələnmə nahiyəsinin bulaşması nəticəsində keçir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir kökləri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur ki, orada viruslar toplanır və ensefalit inkişaf edir. Sonradan bu virus tüpürcək vəzilərinə daxil olaraq intensiv şəkildə çoxalmağa başlayır.

Maraqlıdır, quduzluq xəstəliyin əlamətləri nələrdir?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova danışıb.

Onun sözlərinə görə, quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur:

"Heyvanlarda xəstəliyin gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam edə bilər. Əksər hallarda ağız suyu axması və qusma heyvanlarda quduzluğun ümumi simptomlarıdır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur.
İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, lakin bəzi hallarda bu müddət bir həftəyə qədər azala bilər. Gizli dövrün davamlığı xəstənin yaşından, immun vəziyyətindən, zədələnmənin xarakterindən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından (mərkəzi sinir sisteminə yaxınlığından) asılıdır. Uşaqlarda gizli dövr daha qısa olur.

# 4611
avatar

Fidan İlqar

Oxşar yazılar