Qulaqlıqlar eşitməyə  necə təsir edir? – Alimlər yeni nəticələr açıqladı
04 dekabr 2023 14:19 (UTC +04:00)

Qulaqlıqlar eşitməyə necə təsir edir? – Alimlər yeni nəticələr açıqladı

Alimlər qulaqlıqların eşitməyə necə təsir etdiyi barədə yeni tədqiqatlar həyata keçirib.  

Lent.az xəbər verir ki, bunu öyrənmək üçün alimlər 1000 nəfərin iştirakı ilə araşdırma aparıb. 

Araşdırma zamanı gözlənilməz nəticələr əldə olunub. Belə ki, qulaqlıqlardan daimi istifadə edən 35 yaşdan aşağı insanların demək olar ki, yarısı eşitmə qabiliyyətini itirir.

2023-cü ilin iyun və oktyabr ayları arasında Böyük Britaniyada 16-35 yaş arasında olan 1000-dən çox insan üzərində aparılan araşdırma, iştirakçıların 49%-nin eşitmə qabiliyyətinin “normaldan aşağı” olduğunu və bunun onların həyat keyfiyyətinə təsir etdiyini müəyyən edilib.

Həmçinin aşkar edilib ki, 35 yaşdan kiçik insanların təxminən dörddə birində eşitmə itkisi var və klinik testlərin təhlilinə əsasən, hər beş nəfərdən ikisində eşitmə itkisi var. 

Tədqiqat iştirakçıları, həmçinin müxtəlif səs-küy səviyyələrinə qarşı rəqəmləri ayırd etmək qabiliyyətini qiymətləndirən dil-səs-küy testi keçiriblər. Alimlər qeyd ediblər ki, eşitmə itkisi əsasən tikinti, yollar və ictimai nəqliyyatdan "təhlükəli yüksək səslə dinləmə" və "şəhər ətraf mühitin səs-küyü" ilə əlaqələndirilir.

Tədqiqatçılar qulaqcıqlardan istifadənin populyarlığının bu problemə səbəb olduğunu vurğulayırlar. Tez-tez çox yüksək səslə və fasiləsiz musiqi dinləyən insanlar eşitmə sağlamlığına mənfi təsir göstərə bilər.

Mütəxəssislər 60/60 qaydasına riayət etməyi tövsiyə edir. Yəni eşitmə sağlamlığını qorumaq üçün gündə 60 dəqiqədən və 60%-dən çox olmayan səs səviyyəsində musiqi dinləmək lazım olduğunu bildirilib.
 

# 2199
avatar

Sevinc Fərid

Oxşar yazılar