Ramazanda necə qidalanmalıyıq?
27 mart 2023 12:17 (UTC +04:00)

Ramazanda necə qidalanmalıyıq?

Ramazan ayını sağlam keçirmək üçün imsak və iftarda yediyiniz qidalara çox diqqət etmək lazımdır. Ramazan ayı qidalanma baxımından digər aylardan çox fərqlidir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu səbəblə bədəninizin müqavimətini artıran qidaları yeməyə diqqət etməlisiniz.

Bəs, Ramazan ayında necə qidalanmalıyıq? 

Dietoloq Şükriyə Eral bildirib ki, oruc tutarkən istehlak etdiyimiz qidanın miqdarı nisbətən azalır. 

Onun sözlərinə görə, sahurda kifayət qədər və balanslı qidalandığınızdan əmin olmalısınız:

“İlk növbədə səhər qəbul etməli olduğunuz dərmanlarınız varsa, sahurda qəbul etməyi unutmayın. Kifayət qədər su istehlak etdiyinizə əmin olun. Sizi uzun müddət tox saxlayacaq lifli qidaları seçin. Ən azı təzə mövsümö uyğun meyvələri istehlak etməyə çalışın. Yaşıllıq, pomidor və digər mövsümi tərəvəzləri bol istehlak etməyə çalışın.

Yumurta sizi tox tutmaq üçün yaxşı alternativdir. Xüsusilə qaynadılmış yumurta istehlak edərək toxluq müddətinizi uzada bilərsiniz. İftarda isə su və şorba istehlak etmək zəruridir. Ağır yeməklərdən çəkinin. Yeməklərinizi qaynatma, soba, qril üsulları ilə bişirin. Şorbadan sonra salat, daha sonra əsas yeməyi istehlak edin”.
 

# 1386
avatar

Arzu Qurbanlı

Oxşar yazılar