Saç tökülməsinin   qarşısını necə almaq olar?
28 yanvar 2023 14:36 (UTC +04:00)

Saç tökülməsinin qarşısını necə almaq olar?

Saç tökülməsi bütün insanlarda müşahidə edilir və səbəbləri müxtəlifdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kortəbii qidalanma, qeyri-kafi qulluq, mövsüm dəyişiklikləri, hava çirkliliyi və ya genetik faktorlar kimi bir çox təsir saç tökülməsinə səbəb olur. 

Saç tökülməsi probleminə yaxşı təsir edən bir çox təbii üsullar var. Bu üsullardan biri də aloe vera bitkisi ilə saç maskası hazırlamaqdır.

Aloe vera geli saçlar üçün təbii nəm mənbəyidir, saç köklərini qidalandırır və gücləndirir. Bu səbəbdən, saç tökülməsinin qarşısı alır. Eyni zamanda, aloe vera saçlardakı yağı balanslaşdırır. Aloe vera geli baş dərisində qan axını stimullaşdırır. Baş dərisinin qurumasının qarşısını alır və kəpək problemini həll edir.

# 56982
avatar

Oxşar yazılar