Sağlamlığınız haqqında çox şey deyən  sadə TEST - Cəmi 20 saniyə
26 noyabr 2025 19:05 (UTC +04:00)

Sağlamlığınız haqqında çox şey deyən sadə TEST - Cəmi 20 saniyə

0

Sizə qəribə görünə bilər, amma çox sadə bir məşq, bir ayaq üstə 20 saniyə dayanmaq sağlamlığınız haqqında düşündüyünüzdən daha çox məlumat verə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk baxışdan qeyri-adi təsir bağışlasa da, elmi tədqiqatlar bu kiçik testin orqanizmin ümumi fiziki və nevroloji vəziyyətini qiymətləndirmək üçün effektiv olduğunu göstərir.

Balans testi nəyi göstərir?

Bir ayaq üstə dayanmaq eyni anda bir neçə əzələ qrupunu aktivləşdirir və dəqiq hərəkət koordinasiyası tələb edir. Yaponiya alimləri müəyyən ediblər ki, 20 saniyə ərzində tarazlığı saxlamaqda çətinlik çəkən insanlarda beynin qan damarları ilə bağlı problemlər daha çox müşahidə olunur.

Bu hal adətən “sakit insultlar” (gizli mikroinsultlar) ilə əlaqələndirilir. Onlar çox vaxt hiss edilmədən keçir, amma zamanla beyin sağlamlığına təsir göstərə bilər. Bir araşdırmada testi yerinə yetirə bilməyən iştirakçıların 35 faizində məhz belə zədələnmələr aşkarlanıb.

Tarazlığı məşq etdirəmək niyə vacibdir?

Balans məşqlərini mütəmadi etməkb ayaq əzələlərini möhkəmləndirir, koordinasiyanı yaxşılaşdırır, yaş artdıqca yıxılma riskini azaldır, hərəkət çevikliyini artırır, reaksiyanı sürətləndirir, bədən çəkisinin tənzimlənməsinə kömək edirümumi həyat keyfiyyətini yüksəldir

Balansı inkişaf etdirmək üçün yoga, pilates, pilləkənlə qalxmaq, pəncə və daban üstə gəzmək, eləcə də rəqs kimi fəaliyyətlər idealdır.

Beyin və idrak funksiyalarına təsiri

Balans məşqləri yalnız fiziki gücü deyil, həm də beyin fəaliyyətini yaxşılaşdırır. Onlar koordinasiyanı gücləndirir, diqqəti artırır və zədələnmə riskini azaldır.

Əgər bir ayaq üstə 20 saniyə dayanmaqda çətinlik çəkirsinizsə, bu, həkimə müraciət etmək və daha ətraflı müayinə aparmaq üçün siqnal ola bilər. Bu yolla nevroloji və qan damarları ilə bağlı mümkün problemləri vaxtında aşkar etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar