Sutkanın sağlamlıq üçün ən TƏHLÜKƏLİ SAATLARI
02 may 2025 10:14 (UTC +04:00)

Sutkanın sağlamlıq üçün ən TƏHLÜKƏLİ SAATLARI

“Yüksək risk saatları” – insan sağlamlığının pisləşmə ehtimalının artdığı zaman aralığı – orqanizmin bioloji ritmləri ilə bağlıdır.

Nevroloq həkim Aleksandr Evdokimov bildirib ki, bəzi xəstəliklərin sağlamlığa daha çox təhlükə yaratdığı xüsusi “yüksək risk saatları” mövcuddur. Bu dövrlər orqanizmin müxtəlif hormon və orqanlarının fəaliyyətini tənzimləyən sirkadiyan ritmlərlə — yəni sutkalıq bioloji ritmlərlə əlaqəlidir.

Lent.az bu saatları sizinlə bölüşür:

Evdokimovun sözlərinə görə, günün müəyyən saatlarında bədən orqanları daha həssas olur. Bu da hormonların bir qisminin fəallaşması, digərlərinin isə passivləşməsi ilə izah olunur. Məsələn, insult, ürək tutması və digər ürək-damar xəstəliklərinin pik vaxtı adətən səhər saatlarına təsadüf edir. Saat 4:00-dan 6:00-a qədər qanda qatılaşma artır, bu da işemik vəziyyətlərə və hipertonik krizə səbəb ola bilər. Gecə, xüsusilə gecə yarısından sonra yağlı yeməklərin qəbulu da çox təhlükəlidir. Bu zaman öd ifrazı və qaraciyərin fəaliyyəti maksimuma çatır ki, bu da öd kisəsinin iltihabı – xolesistit kimi problemlərin kəskinləşməsinə səbəb ola bilər.

Bu kimi sağlamlıq problemlərinin qarşısını almaq üçün həkim iş və istirahət rejiminə əməl etməyi, qidalanmaya diqqətlə yanaşmağı və sirkadiyan ritmləri pozmamağı tövsiyə edir. Mütəmadi və balanslı qidalanma orqanizmin optimal vəziyyətdə qalmasına kömək edir, xəstəliklərin və onların kəskinləşməsinin qarşısını alır. Yuxunun orqanizmin bərpası üçün vacib olduğunu da unutmayın. Yuxuya laqeyd yanaşmaq və ya onun müddətini pozmaq da sağlamlığa mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar