Tez-tez qaynadılmış yumurta yeməyin təhlükələri  nələrdir?
09 dekabr 2025 15:28 (UTC +04:00)

Tez-tez qaynadılmış yumurta yeməyin təhlükələri nələrdir?

0

Həkimlər bildirirlər ki, çiy yumurta istehlakı arzuolunmazdır, lakin yumurtanı çox uzun müddət bişirmək də faydasızdır. 10 dəqiqədən artıq termiki emal zamanı potensial zərərli birləşmələr yarana bilər.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, uzun müddət qaynadılan yumurtalarda sarının üzərində yaşılmtıl təbəqə əmələ gəlməsi buna misaldır. Bu, dəmir sulfidlərinin formalaşması nəticəsində baş verir. Digər tərəfdən, çiy yumurta yemək salmonella infeksiyası riskini artırır və bu, ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

Kimlər üçün daha risklidir?

Qaynadılmış yumurtalar diabeti olanlar, ürək-damar xəstəlikləri və yüksək xolesterin problemi yaşayan insanlar üçün tövsiyə edilmir.

Yumurta sarısında yağ və xolesterinin yüksək olması ürək və damar sisteminə mənfi təsir göstərə bilər.

Həkimlər xəbərdarlıq edir ki, çoxlu miqdarda yumurta qəbul etmək qaraciyər və böyrəklərə əlavə yük yaradır. Zülal parçalanarkən çoxlu miqdarda sidik cövhəri əmələ gəlir və bu, orqanların daha intensiv işləməsinə səbəb olur.

Mütəxəssislər kişilərə də yumurta istehlakında ehtiyatlı olmağı tövsiyə edir. Artıq xolesterin prostatada toplanaraq qan dövranını pozur, bu isə iltihab və hətta xərçəng riskini artırır.

Optimal miqdar nə qədərdir?

Tövsiyə olunan gündəlik norma bir sarı və üç ağ. Bu miqdar orqanizmi biotin, Omega-3, fosfor, A, E, K və B12 vitaminləri, kalsium, fol turşusu və selen kimi vacib qida maddələri ilə təmin edir.

Bundan əlavə, yumurtanı tərəvəz və göyərti ilə birlikdə istehlak etmək vitaminlərin daha yaxşı mənimsənilməsinə kömək edir və həzm sisteminə düşən yükü azaldır.

Mütəxəssislər yumurtanı günün birinci yarısında yeməyi məsləhət görür. Bu halda zülal və yağlar enerji kimi istifadə olunur, artıq xolesterin isə yığılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar