Uşaqları öldürən  müəmmalı xəstəliklə   bağlı XƏBƏRDARLIQ
22 sentyabr 2023 09:09 (UTC +04:00)

Uşaqları öldürən müəmmalı xəstəliklə bağlı XƏBƏRDARLIQ

Kot-d'İvuarda 7 uşağın ölümü və daha 59 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən naməlum xəstəliyin baş vermə səbəbləri sirr olaraq qalır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ölən uşaqların hamısı ölkənin mərkəzində, Buake şəhəri yaxınlığındakı bir kənddə yaşayırdı və onların yaşları 5-12 yaş arasında idi. Xəstəxanaya müraciət etdikləri əlamətlər arasında qusma və ishal olub.

Ölən uşaqlardan birinin anası iddia edir ki, ona qarğıdalı sıyığı yedizdirəndən sonra mədəsində problemlər yaranmağa başlayıb. Lakin ölən digər uşağın anası eyni sıyığı yediklərini və digər uşaqlarının heç bir problem yaşamadığını deyir.

Afrikanın bu hissəsində tibb sistemi inkişaf etmədiyi üçün dəqiq nəticələr çıxarmaq çətindir. Yalnız yeddi uşaqdan ikisinin xəstəxanaya çatdırılana qədər, beşinin isə xəstəxanada öldüyü məlum olub.

2023-cü ilin əvvəlində Kpo-Kahankro adlı başqa bir kənd də bir yaşdan səkkiz yaşa qədər olan uşaqların bir sıra ölümləri qeydə alınıb. İki ay ərzində onların sayı ən azı 12 nəfər olub. Yerli gənclər təşkilatının nümayəndəsinin sözlərinə görə, xəstə uşaqlarda uyuşma əlamətləri müşahidə olunub və qusub. Testlər aparılıb, lakin ölümlərin səbəbi heç vaxt müəyyən edilməyib.

Bu ilin fevralında yaxınlıqdakı başqa bir kənddə Clostridium difficile bakteriyasına yoluxduqdan sonra 16 nəfərin ölümü ilə bağlı iki nəfər 5 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Oxşar yazılar