"Vitamin C" ilə zəngin çox sadə QARIŞIM
21 sentyabr 2023 15:29 (UTC +04:00)

"Vitamin C" ilə zəngin çox sadə QARIŞIM

Səhərin ən ləzzətli yeməklərindən biri olan tahin orqanizmə müsbət təsirləri ilə tanınır. C vitamini ilə zəngin olan tahinin faydasını iki qat artıran bir qarışıq var. Bir çox xəstəliyə yoluxma riskinin qarşısını alan tahin-limon qarışığı tam vitamin mənbəyidir.

Heç tahinin içinə limon sıxıb içməyi düşünmüsünüzmü?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tahini tək başına yüksək kalorili qidadır.

Lakin limonla birləşməsinin təsiri sayəsində daha balanslı qidaya çevrilir. Xüsusilə özünüzü yorğun hiss edirsinizsə və qrip xəstəliklərinə tez tab gətirirsinizsə, bu qarışıq sizin üçün təbii dərman olacaq.

Bol C vitamini qaynağı olan limon və tahin orqanizmdə qan əmələ gətirən maddələrin sayını artırır və gün ərzində özünüzü daha canlı hiss edir. Xəstəliklərə qarşı müqavimət yaradaraq bir çox xəstəliyə yoluxma riskini minimuma endirə bilər.

Bir xörək qaşığı tahinin içinə 3-4 damcı limon sıxın. Müntəzəm olaraq istehlak emtəyə başladıqdan sonra özünüzü daha enerjili hiss etdiyinizi görə bilərsiniz. Bu qarışım enerji ehtiyatlarını və immunitetinizi gücləndirir.

Bədənimizin gündəlik vitamin və mineral çatışmazlığını aradan qaldıran bu təsirli qarışıq orqanizmi kalsium, maqnezium, fosfor və mis kimi maddələrlə təmin edir.

Bu birləşmənin tənəffüs sisteminə verdiyi töhfələr də çox əhəmiyyətlidir. Hər gün istehlak etdikdə təbii üsullarla ağciyərlərinizi təmizləmiş olarsınız. Nəfəs alma problemi olan insanlar zaman keçdikcə daha asan nəfəs aldıqlarını fərq edə bilərlər.

Kişilərdə və qadınlarda məhsuldarlığı artırdığı deyilən tahin və limon qarışımı sonsuzluq riskinin aradan qaldırılmasında təsirli rol oynayır. Təbii dərman olan ikili bədəndən toksinləri çıxarmağa kömək edir. Beləliklə, ödem və ya şişkinlik problemləri azalır.

# 1983
avatar

Fidan İlqar

Oxşar yazılar