Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riski yarada biləcək hantavirusun Latın Amerikası mənşəli yeni ştamı ilə bağlı xəbərdarlıq edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Amerikada qeydə alınan and ştamının yaxın təmas zamanı insandan insana keçmə xüsusiyyəti olduğu bildirilir.
Ekspertlər kruiz gəmisində yoluxma hallarının məhdud məkan səbəbindən daha sürətli yayıla biləcəyini qeyd edirlər.
Bununla belə, mütəxəssislər virusun genişmiqyaslı yayılma riskinin aşağı olduğunu və gündəlik təmas zamanı yoluxma ehtimalının yüksək sayılmadığını vurğulayırlar.