Xərçəngin qarşısını almağa  və ürəyi qorumağa  kömək edən məşhur giləmeyvə
17 iyul 2026 19:07 (UTC +04:00)

Xərçəngin qarşısını almağaürəyi qorumağa kömək edən məşhur giləmeyvə

0

Mütəxəssislərin sözlərinə görə, çiyələyin müntəzəm istehlakı infarkt riskini əhəmiyyətli dərəcədə azalda və orqanizmi bəzi xərçəng növlərinin inkişafından qorumağa kömək edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, çiyələk ürək sağlamlığı üçün xüsusilə faydalı olan antioksidantlarla zəngindir. Çiyələyin tərkibində olan antosianlar infarkt riskini azaltmağa kömək edir. Bundan əlavə, bu maddələr xərçəng hüceyrələrinin yaranma ehtimalını azaldır və onkoloji xəstələrdə onların orqanizmdə yayılmasının qarşısını almağa dəstək verir.

Mütəxəssislər çiyələyin immun sistemi üçün də olduqca faydalı olduğunu vurğulayıblar. Bildirilib ki, bir fincan çiyələk orqanizmin gündəlik C vitamini tələbatını ödəyə bilir. C vitamini isə virus, bakteriya və digər zərərli təsirlərlə mübarizə aparan ağ qan hüceyrələrinin (leykositlərin) yaranmasını dəstəkləyir. Ekspertlər çiyələyin düzgün saxlanılmasına da diqqət çəkiblər.

Onların sözlərinə görə, giləmeyvəni kağız dəsmal sərilmiş hava keçirməyən qabda saxlamaq və yalnız istifadə etməzdən əvvəl yumaq lazımdır. Əks halda, üzərində toplanan nəmlik kif əmələ gəlməsinə səbəb ola bilər. Mütəxəssislər xatırladıblar ki, sağlamlıqla bağlı məlumatlar həkim məsləhətini əvəz etmir və hər hansı qərar verməzdən əvvəl mütəxəssislə məsləhətləşmək tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar