Xəstənin taleyi cərrahın geyimindən  asılıdır - Əməliyyat otaqlarında niyə ağ xalat geyinmək  qadağandır?
17 oktyabr 2025 20:15 (UTC +04:00)

Xəstənin taleyi cərrahın geyimindən asılıdır - Əməliyyat otaqlarında niyə ağ xalat geyinmək qadağandır?

0

Həkimlər kabinetlərdə adətən ağ xalat geyinir. Amma əməliyyat otağına daxil olanda onlar ağ xalatlarını mavi və ya yaşıl geyimlə əvəz edirlər. Bəs niyə məhz bu iki rəng seçilib?

“Ağ xalatlı insanlar” ifadəsi sovet dövründən qalmış bir stereotipdir. Müasir xəstəxanalarda həkim geyimləri bəzən krem, açıq çəhrayı, hətta qırmızı tonlarda ola bilər. Lakin əməliyyat otaqlarında yalnız iki rəngə, yaşıl və ya mavi rəngə icazə verilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qaydanı ilk dəfə 1914-cü ildə kanadalı həkim Herbert Robertson təklif edib. O, əməliyyat zamanı yaşıl və ya açıq mavi geyimlərin istifadəsinin cərrahların işini asanlaşdıracağına inanırdı.

Göz fiziologiyası ilə bağlı səbəb

Robertsona görə, bu seçimin əsas səbəbi insan görmə sisteminin xüsusiyyətləridir. Əgər cərrah uzun müddət qanla işləyirsə və sonra ağ geyimli həmkarına baxarsa, gözündə “yaşıl-bənövşəyi ləkələr” əmələ gəlir, bu da görüntünü bulanıqlaşdırır, fokusun bərpasını çətinləşdirir və əməliyyatı davam etdirməyi çətinləşdirir.

İnsan gözünün tor qişasında iki əsas növ hüceyrə var: “çubuqlar”  qaranlıqda görməyə, “konuslar” isə işıqda rəngləri ayırd etməyə imkan verir. Bu konusların üç tipi mövcuddur, mavi, yaşıl və qırmızı tonlara qarşı həssas. Onlardan qırmızı rəngə qarşı olan hissələr ən çox yorucu təsir göstərir.

Rənglər arasındakı balans

Robertson hesab edirdi ki, bu problemi aradan qaldırmaq üçün rəng balansından istifadə etmək lazımdır. Rəng dairəsində yaşıl rəng qırmızının tam qarşısında yerləşir, mavi isə ondan da uzaq mövqedədir. Buna görə də bu rənglər bir-birini neytrallaşdırır. Yəni əməliyyat otağında həmkarların geyimi yaşıl və ya mavi olarsa, cərrahın gözləri daha az yorular, optik çaşqınlıq yaranmaz və əməliyyatı davam etdirmək daha rahat olar.

Praktik tərəfi də var

Yaşıl və ya mavi rəngin seçilməsinin başqa bir səbəbi də praktikadır, bu rənglərin üzərində qan ləkələri ağda olduğu qədər aydın görünmür. Bu isə həm cərrah, həm də tibb personalı üçün psixoloji cəhətdən daha rahat mühit yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar