Yayda bu meyvələrə  XÜSUSİ DİQQƏT  edin – Mütəxəssis danışır
09 iyun 2023 13:43 (UTC +04:00)

Yayda bu meyvələrə XÜSUSİ DİQQƏT edin – Mütəxəssis danışır

Yay aylarında bir çox insanlarda ishala meyillilik yaranır. Çünki yay mövsümünə uyğun elə meyvə və tərəvəzlər var ki, onların istehlakı ishala səbəb olur. 

Maraqlıdır, görəsən, ishaldan qorunmaq üçün nə etməliyik? 

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yay mövsümündə hava isti olduğuna görə, bir çox qidalar otaq temperaturunda qalsa belə, onların tərkibində mikrobioloji çirklənmələr baş verir. 

Onun sözlərinə görə, insanlar belə qidaları qəbul etdikdə ürəkbulanma, baş gicəllənmə və ya ishala səbəb ola bilər:

“Yay mövsümündə bir çox qidalar var ki, doğru şəkildə qəbul edilmədikdə və ya həddindən artıq çox qəbul etdikdə insanlarda ishala səbəb olur. Bütün bu hallardan qorunmaq üçün qidaları yeməmişdən əvvəl onları hansı vaxtda və hansı qida ilə birlikdə istehlak edəcəyimizə, düzgün yuyulub-təmizlənməsinə diqqət yetirməliyik. Əks təqdirdə istehlak etdiyimiz meyvə və tərəvəzlər insan orqanizmində virus və bakteriyaların yaranmasına səbəb ola bilər”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, açıq havada və ya otaq temperaturunda saxlanılan süd və süd məhsullarının istehlakı ishala səbəb olur:

“Yay mövsümündə, gilas, vişnə, çiyələk kimi meyvələrin həddindən artıq istehlakı ishala səbəb ola bilər. Bəzən qəbizlik problemindən əziyyət çəkən insanlarda bu hal baş vermir. Lakin bu o demək deyil ki, bu qidaları həddindən artıq çox qəbul etmək olar. Ümumiyyətlə, ishalın davamlı olaraq baş verməsi orqanizmdə maye çatışmazlığına, vitamin və mineralların azalmasına gətirib çıxardır. Mütləq şəkildə qəbul etdiyimiz qidaların hər biri təzə və mənşəyi bilinən olmalıdır. Həmçinin yeməkdən dərhal sonra meyvə və ya tərəvəzin qəbul edilməsi düzgün deyil. Meyvə və tərəvəz yeməkdən bir saat əvvəl və ya bir saat yarım sonra qəbul edilməlidir”.

# 2325
avatar

Arzu Qurbanlı

Oxşar yazılar