Yerdə COVID CƏHƏNNƏMİ:  Bu ölkədə cəsədlər küçələrdə yandırılır
24 aprel 2021 19:11 (UTC +04:00)

Yerdə COVID CƏHƏNNƏMİ: Bu ölkədə cəsədlər küçələrdə yandırılır

Hindistanda koronavirusla bağlı vəziyyət kəskin şəkildə pisləşib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, dərman çatışmazlığı yaranıb, xəstəxana və meyitxanalarda yer yoxdur. 

Hazırda, hətta ölkənin krematoriyaları (ölən insanların yandırılması üçün nəzərdə tutulan sobalar) da imkanlarının həddini aşmış vəziyyətdə işləyir. 

İnfeksiyanın sürətlə yayılması və pandemiyanın yeni dalğasına effektli hazırlaşmamaq ölüm sayının kəskin artmasına səbəb olub. 

Hindistanda ikinci dalğa

Pandemiyanın ikinci dalğası ilə bağlı yerli hakimiyyət martın ortalarına məlumat yayıb. O, elə güclü olub ki, təkcə xəstəxanalar və intensiv terapiya şöbələri yox, hətta meyitxanalar və krematoriyalarda da kəskin yer qıtlığı yaranıb. 
Həkimlər dərmanların, oksigen və ventilyasiya aparatlarının çatışmadığını bəyan edirlər. 

Yüksək ölüm nisbəti və krematoriyaların yükünün sayəsində meyitxanalarda ölülərin cəsədlərinin yığılması müşahidə olunur. Yeni cəsəd qəbulu mümkün deyil.

Qudjarat ştatında meyitlərin yandırılması üçün nəzərdə tutulan sobalar sutka boyu işləməli olur. Bu səbəbdən sobaların metal hissələri belə əriməyə başlayıb. 

Uttar-Pradeş ştatında ikinci dalğa başlayandan belə sobaların sayı 5 dəfə artıb. 

Buna görə Hindistanın bəzi şəhərlərində COVID-19-dan ölənlərin cəsədləri birbaşa küçədə yandırılır. 

# 3531
avatar

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30