Yumurta yeməyin   ən FAYDALI YOLU
22 may 2022 09:06 (UTC +04:00)

Yumurta yeməyin ən FAYDALI YOLU

Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydası üçün yumurta yeməyin yolunu açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Agarvalın sözlərinə görə, yumurta ağı və sarısını birlikdə yemək zülal, yağ və kalorinin düzgün balansını təmin edir.

Üstəlik, qida maddələrinin çoxu sarısında cəmləşir. Onun fikrincə, yumurtaları elə qızartmaq lazımdır ki, sarısı öz formasını saxlasın və ağının üstündə qalsın.

Diyetoloq hesab edir ki, yumurta "yaxşı" xolesterinin və ya yüksək sıxlıqlı lipoproteinin (HDL) səviyyəsini yüksəltməyə kömək edir. Onların yüksək konsentrasiyası ateroskleroz, insult və ürək-damar xəstəlikləri riskini azaldır. Yumurtanın tərkibində A vitamini olduğundan görmə üçün də faydalıdır. Bu vitaminin çatışmazlığı inkişaf etməkdə olan ölkələrdə uşaqlarda korluğun ən çox yayılan səbəbidir.

Gündəlik yumurta istifadəsi qanda zeaksantin (karotinoid qrupunun ümumi piqmentlərindən biri) və luteinin (göz və beyin sağlamlığı üçün miqdarını artırır ki,  bu da makulyar degenerasiyası və kataraktanın inkişaf riskini azaldır.

“Bir yumurtanın tərkibində 125,5 milliqram holin var ki, bu da gündəlik tələbatın dörddə birini təşkil edir. Holin ürək və beyin sağlamlığı üçün yaxşıdır. Yaddaş və əhval-ruhiyyəni tənzimləməyə kömək edir”, - diyetoloq qeyd edib.
 
Yumurta arıqlamaq istəyənlər üçün də faydalıdır. Qidada çoxlu protein var. Bu da daha uzun müddət tox qalmağa kömək edir.
 

# 3018
avatar

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07