Yuxusuzluğa səbəb olan QİDALAR
30 iyun 2023 13:43 (UTC +04:00)

Yuxusuzluğa səbəb olan QİDALAR

Keyfiyyətli yuxu əsasən axşamı necə keçirdiyinizdən və axşam yeməyində nə yediyinizdən asılıdır. Buna görə də gecə istirahətinizi poza biləcək bir sıra qidaları qəbul etməməyə çalışın.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər yuxu qaçıra məhsulların siyahısını tərtib ediblər.

Şokolad - Bu qidada teobromin var ki, bu da sinir sistemini stimullaşdırır və yuxuya getməyi çətinləşdirir. Bu məhsulun axşam yeməyində istifadəsi yuxunuzu poza bilər, buna görə də onu saat 6-dan əvvəl yemək daha yaxşıdır.

Acılı qidalar - mədə yanmasına və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər ki, bu da yuxuya mane olur. Bundan əlavə, belə bir yeməkdən sonra daim su içmək istəməyiniz mümkündür ki, bu da yuxuya getməyinizə mane olacaq.

Yağlı qidalar - mədənin turşuluğunu artıra və yuxunun keyfiyyətinə təsir edə bilər. Üstəlik, onların həzm olunması çox vaxt aparır, ona görə də yəqin ki, gecələr səbəbini bilmədən oyanacaqsınız.

Sitrus meyvələri - onlarda yüksək turşu var, bu, reflüyə səbəb ola və yuxunu poza bilər. Bundan əlavə, portağal və limon çox canlandırıcıdır. Buna görə də onları axşam deyil, günorta yemək daha yaxşıdır.

İçkilər - yuxusuzluğa səbəb ola bilər. Yuxunun əsas düşmənləri siyahısında ilk növbədə, əlbəttə ki, qəhvə dayanır. Kofein sinir sistemini həyəcanlandıra və yuxuya getməyi çətinləşdirə bilər. Buna görə də axşam saat 5-dən əvvəl qəhvə içmək daha yaxşıdır. Kofein çayda da var və buna görə də yatmazdan qısa müddət əvvəl ondan imtina etmək lazımdır.

Qazlı içkilər - tərkibində sinir sistemini həyəcanlandıran və yuxuya getməyi çətinləşdirən maddə var. Yatmazdan əvvəl adi su və ya bitki çayları içmək daha yaxşıdır.

# 1419
avatar

Fidan İlqar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15