“Xankəndidə aeroport açmaq cəhdləri danışıqlar prosesinə böyük zərbə vuracaq”
19 sentyabr 2012 15:25 (UTC +04:00)

“Xankəndidə aeroport açmaq cəhdləri danışıqlar prosesinə böyük zərbə vuracaq”

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan mətbuatında getmiş Xankəndi aeroportunun sentyabrın sonunda istifadəyə veriləcəyi barədə xəbərləri belə şərh edib. O bildirib ki, Ermənistanın belə addımları rəsmi İrəvanın münaqişənin nizamlanmasına dair sülh danışıqları aparmaq niyyətində olmadığını göstərir. O qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib: “Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə pislənməlidir”.
# 1397

Oxşar yazılar