Əli Həsənov İslam peyğəmbərini təhqir edən filmdən danışdı
İslamın təhqir olunduğu bu dövrdə Azərbaycan prezidentinin Parisdə İslam Mədəniyyət Mərkəzi və İslam dəyərlərini əks etdirən xüsusi guşə açması daha təsirlidir
Prezident Adminstrasiyasının (PA) şöbə müdiri Əli Həsənov son günlər ABŞ istehsalı olan “Müsəlmanların məsumluğu” filmi və Fransa qəzetində Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasının dərci ilə əlaqədar bir sıra müsəlman ölkələrində baş qaldıran etirazlara münasibət bildirib.
Əli Həsənov Azərbaycanda da bu cür aksiyaların keçirilmə ehtimalından danışıb: "Bu aksiyaların bu formada keçirilməsi beynəlxalq siyasətə və yaxud da bu əməli törədənlərə nə dərəcədə təsiri olub-olmamasını hələ zaman göstərəcək. Amma biz ondan da təsirli tədbirlər görürük. Məsələn, Azərbaycan prezidenti cənab İlham Əliyev bu günlərdə həmin bu beynəlxalq qalmaqalın, İslamın təhqir olunduğu bu dövrdə Fransanın paytaxtında İslam Mədəniyyət mərkəzi və İslam dəyərlərini əks etdirən xüsusi guşə açması daha təsirlidir. Əlbəttə, Azərbaycan hakimiyyəti olaraq biz bu anları pisləyirik, bunu törədənləri ən ağır şəkildə lənətləyirik. İslam müqəddəslərinin və dininin saflığının qorunması, onun terrorla eyniləşdirilməsinin qarşısının alınması kimi sahələrdə bir dövlət olaraq mühüm işlər görürük".
ANS

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11