Səfirlərin müşavirəsi bitdi
23 sentyabr 2012 15:02 (UTC +04:00)

Səfirlərin müşavirəsi bitdi

Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi öz işini davam etdirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Milli Məclisin spikeri Oqtay Əsədov, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Diaspor Komitəsinin sədri Nazim İbrahimov diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış ediblər.

Çıxışlarda parlamentlərarası təmasların artırılmasında, ölkəmizin təhsil, mədəniyyət, turizm və xaricdəki diasporla əlaqədar siyasi kursunun həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

Müşavirədə Azərbaycan mədəniyyətinin və turizm imkanlarının xaricdə təbliği, təhsil əlaqələrinin dərinləşdirilməsi, eləcə də xarici ölkələrdə yaşayan həmvətənlərimizin ümummilli məqsədlər ətrafında birləşməsində Azərbaycan diplomatiyasının rolu barədə danışılıb.
# 692

Oxşar yazılar