Bakıda beynəlxalq media konfransı keçirilir
Lent.az-ın məlumatına görə, konfrans Azərbaycan Jurnalist Həmkarlar İttifaqı (JuHİ) tərəfindən icra olunan “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilir.
Günün ikinci yarısı panellərlə davam edən konfransa moderatorluğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) rəhbəri Azər Həsrət edib.
Əsas çıxışçı - Britaniya Milli Jurnalistlər Birliyinin eksperti Arjuman Vajidin “Levesondan öyrənilmiş dərslər” barədə konfrans iştirakçılarına təqdimatı olub.
Paneldə APA Group-un rəhbəri Vüsalə Mahirqızı “Medianın özünü tənzimləməsinin effektiv modeli kimi: Azərbaycan Mətbuat Şurası media insidentləri ilə necə davranır” mövzusunda çıxış edib.
Tədbirdə həmçinin Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlunun da çıxışı dinlənilib. O, “şəxsi həyatın qorunması və media: mövcud durumun təhlili” mövzusunda danışıb.
Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək. Tədbirdə Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar, ictimai yayım sahəsində yeni çağırışlar, demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu və sair mövzular müzakirə olunacaq. Sabahkı panellərdə yerli və xarici media ekspertlərinin müxtəlif mövzular üzrə çıxışları planlaşdırılır.
Mübariz

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00